5 Mart 2015 11:10
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən AXCP-də qurban olmamışam. Özümü qurban hesab eləmirəm. Partiyadan qərarımla getmişəm, kimsə mənə təsir də etməyib. AXCP-dən getməyimdən heç də peşman deyiləm”.

Bu sözləri AXCP sədrinin keçmiş müavini Asəf Quliyev deyib.

Qeyd edək ki, AXCP-dən istefa verən Razi Nurullayev söyləyib: “Tutaq ki, bulvarda velosiped sürmüşəm və bu, xoşuma gəlib, sosial şəbəkədə şəkil paylaşmışam. AXCP-də buna qarşı da aqressiya nümayiş etdirilir. Asəf Quliyev də bu cür məsələlərin qurbanı oldu”.

“Qarşıma təşkilatımı yaratmağı məqsəd qoymuşam”

A.Quliyev isə qurban olduğu fikri ilə razılaşmayıb: “AXCP-dən 1 ildən artıqdır getmişəm, öz sözümü də demişəm. Razi Nurullayevlə partiya arasındakı hazırki situasiya barədə danışmaq istəmirəm. Qarşıma təşkilatımı yaratmağı məqsəd qoymuşam, onunla məşğulam. Mənə qarşı AXCP tərəfindən hazırda hücum yoxdur. İlk vaxtlar çox az sayda, bir neçə nəfər əleyhimə yazdı. Hərənin içində bir istək var. İçində haqq ol, kiminsə nə deməyinin əhəmiyyəti yoxdur. Məqsədimiz cəmiyyətin inkişafı üçün əlimizdən gələni etməkdir. Dedi-qodulara baş qoşmayacağıq və heç kimə də cavab verməyəcəyik. Öz hərəkatımı yaratmaq niyyətindəyəm. İstəyirəm elə təşkilat ortaya qoyaq ki, bu təşkilatın böyüklüyü yaxud kiçikliyi deyil, əxlaqlılığı, mənəviyyatlılığı müzakirə edilsin. Cəmiyyət də görsün ki, bu cür təşkilat yaratmaq mümkündür”.

Onun sözlərinə görə, “Xalq arzusu” hərəkatının Təşkilat Komitəsinin hər həftə ümumi toplantısı olur: “Görülən işlər, ictimai-siyasi vəziyyət müzakirə edilir, rayon şöbələrinin yaranması ilə bağlı da işlərimiz gedir. Texniki məsələlərə görə qurultayımızın keçirilməsi yubanır. Amma düşünürəm ki, yaxın zamanda bu məsələləri həll edib qurultayımızı keçirəcəyik. Sənədləşmə işi gedir, təxminən 500-dən artıq üzv var. Tələm-tələsik qurultay keçirib özümüzü cəmiyyətə tanıtmağa ehtiyac görmürük”.

NƏRGİZ


Müəllif: