6 Mart 2015 13:17

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri kimi BMT-nin Qadınların statusuna dair beynəlxalq komissiyasının 59-cu sessiyasında iştirak etmək üçün martın 7-dən 14-dək ABŞ-ın Nyu-York şəhərində səfərdə olacaq.

Milli Məclisdən bildiriblər ki, sessiyada qadınların ictimai-siyasi fəallığının artırılması, iqtisadi proseslərə daha yaxından cəlb olunması yolları araşdırılacaq. “Gender bərabərliyinə nail olmaq üçün ictimai normaların dəyişdirilməsi”, “Gender bərabərliyinin təmin olunmasında milli mexanizmlər”, “İqtisadiyyatda qadınların rolunun artırılması” və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycan parlamentinin deputatı müzakirəyə çıxarılmış məsələlərə münasibət bildirəcək.

Nemət


Müəllif: