6 Mart 2015 19:14
1 616

Ermənistan xarici işlər naziri Edvard Nalbandyanı İsrailə səfəri zamanı ölkə prezidentindən başqa heç bir rəsmi şəxs qəbul etməyib.

Teleqraf.com-un APA-ya istinadən verdiyi məlumata görə, Ermənistan XİN rəhbərini nə İsrail xarici işlər naziri Aviqdor Liberman, nə də baş nazir Benyamin Netanyahu qəbul edib.


E. Nalbandyanın görüşdüyü İsrail prezideni Reuven Rivlin isə real hakimiyyət səlahiyyətlərinə malik deyil. İsrail parlament respublikası olduğundan bu ölkədə əsas səlahiyyətlər baş nazirin əlində cəmləşib.


Müəllif: