9 Mart 2015 20:20
2 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətlə yetirilən Rusiya müxalifətçisi Boris Nemtsovun silahdaşı İlya Yaşın siyasətçinin İslam haqqında neqativ fikirlər işlətdiyinə görə radikal müsəlmanlar tərəfindən qətlə yetirilməsi haqqında deyilənlərin cəfəngiyyat olduğunu bildirib.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, İlya Yaşa qətlin "Kremlin siyasi sifarişi" olduğunu bildirib.

"Bu rəsmi versiya heç bir tənqidə tab gətirmir. Bu, versiya hakimiyyət üçün əlverişlidir. Bu, tamamilə Putinin iradəsindən irəli gələn bir məsələdir. Bunu anlamaq vacibdir", - İlya Yaşin özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Boris Nemtsov dini planda tamamilə tolerant bir insan olub: "O, hətta Faransanın Charlie Hebdo jurnalının redaksiyasına basın zamanı İslamı deyil, terrorçuları tənqid edib. Boris Nemtsovun qətlinin əsl sifarişçiləri tapılmayacaq".

Nihad


Müəllif: