10 Mart 2015 13:41
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, tanınmış siyasətçi Etibar Məmmədov bəzi xarici və yerli təşkilatlar tərəfindən yayda Bakıda keçiriləcək Avropa Oyunlarına qarşı aparılan kampaniyaya münasibət bildirib.


E.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, bu cür kampaniyaların heç bir nəticəsi olmayacaq: “Bu cür hərəkətlərin heç bir nəticəsi olmayacaq və yarışlar da normal şəkildə keçiriləcək. Ümumiyyətlə, mən bilmirəm bu cür çağırışlar haradandır. Bu barədə məlumatım yoxdur. Guya deyilirdi ki, “Amnesty International” təşkilatı boykot çağırışı edib, ancaq həmin təşkilatı bunu təkzib etdi. İndi belə çağırışlar yoxdur. Ancaq söz-söhbət var”.

E.Məmmədov Bakı Avropa Oyunları ərəfəsində yaranan vəziyyəti də qiymətləndirib: “İndiki vəziyyətə nə olub? Elə bir ciddi problem yoxdur”.


Müəllif: