10 Mart 2015 17:37
349

“Son dövrlər müəyyən dairələr Azərbaycan dövləti haqqında olmazın şər-böhtan kampaniyalarına başlayıb. Bu kampaniyaları aparan beynəlxalq təşkilatlar erməni mənşəli olanları, özlərinin qrant verib üzərindən “şapka” aldığı qeyri-hökumət təşkilatlarını, Azərbaycanın dövlət, hərbi sirrlərini erməni xüsusi xidmət orqanlarına ötürənləri dəstəkləyənlərdir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, vaxtilə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də belə kampaniya gedirdi. Onun sözlərinə görə, həmin təşkilatların rəhbər orqanlarında, maliyyə qaynaqlarında erməni izi var.

“Buradan onlara işləyən sapı özümüzdən olan baltalar da var. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafındakı tör-töküntülər və erməni lobbisindən pul alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoymalıdır. Avropa Oyunları ilk dəfə olaraq ölkəmizdə keçiriləcək. Bizim hörmətli həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bir-bir xarici ölkələri gəzərək Avropa Oyunlarını təqdimatını edir. Biz də bu prosesə öz dəstəyimizi verməliyik”.

Səxavət


Müəllif: