11 Mart 2015 10:48
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən normal, sağlam düşüncəli erməni və Azərbaycan ziyalıları arasında əlaqələri qaydaya salmağa çalışıram. Polad Bülbüloğlu ilə biz hətta qarşılıqlı səfərlər təşkil etmişik".

Bu sözləri "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü Fərhad Bədəlbəyli deyib.
O bildirib ki, xalqlar bir-birinə qarşı nifrət təlqin etməməlidir. F.Bədəlbəylinin sözlərinə görə, nifrət və qisas çıxış yolu deyil: "Anlamaq lazımdır ki, zorakılıq və qisasla heç yerə yol yoxdur. Hər iki xalq bir yerdə yaşaya bilməyi bacarmalıdır. İmkan daxilində yaşanan qəddarlığı xatırlamadan bir-birini bağışlamalıdırlar".

Xocalı soyqırımını xatırladan F.Bədəlbəyli əlavə edib ki, bu hadisələrin cinayətkarları, təəssüf ki, indi yüksək hökumət postlarındadır və layiqli cəzalarını almalıdırlar: "Xocalı bəşəriyyət tarixində böyük faciədir. İnanıram ki, gec-tez Xocalı hadisələrində cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunacaqlar. Cinayətkarlığın milliyyəti yoxdur. Cinayətkar amerikalı da, fransız da, mədəni alman da ola bilər. Milliyyətindən asılı olmayaraq cinayətkar məsuliyyət daşımalıdır".

NƏRGİZ


Müəllif: