13 Mart 2015 12:08
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının təşəbbüsü ilə “Azərbaycanda siyasi partiyalar: mövcud durum və perspektivlər” mövzusunda müzakirələr keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən AMİP sədri Yusif Bağırzadə bildirib ki, bu yaxınlarda siyasi partiyalar və iqtidar arasında dəyirmi masa keçirilib: “Regionda hadislələr göstərdi ki, hakimiyyətə radikal qüvvələr gələ bilər. Ona görə də bu gün siyasi partiyalara şərait yaradılmalıdır”.

AMİP baş katibi Arzuxan Əlizadə müasir partiyaların yaranması haqqında danışaraq deyib ki, birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid böyük nailiyyətdir. Onun sözlərinə görə, bir çox partiyalar fəaliyyəti donmuş şəkildədir və hakim partiya ilə müqayisədə geri qalırlar: “Digər partiyalar da geniş resurslara malik olmalıdır. Belə olmadıqda ölkədə həm dini, həm də siyasi radikalizm artır. Hesab edirəm ki, bir tədbirlə mövcud vəziyyəti həll edə bilmərik. Ona görə də bu müzakirələr mütəmadi keçirilməlidir”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, bu gün partiyalar ona görə zəif deyil ki, güclü iqtidar var: “Azərbaycanda milli demokratik partiyalar var və onlar ayrı-ayrı fəaliyyət göstərirlər və birləşsələr güclü olarlar. Eyni ideologiya daşıyıcısı olan bu partiyaların rəhbərlərini özünün siyasi ambisiyaları var. Bizdə siyasi partiyaların bloklaşma mədəniyyəti yoxdur. Digər tərəfdən partiyalar qocalır. Siyasətə gənclər gəlmir. Gələcəkdə o insanlar gələcək ki, artıq hər bir təminatı var və o Vətənə xidmət naminə siyasətə gələcək. 90-cı illərin əvvələrində gələn liderlər yeni nəslin gəlməsinin qarşısını aldı. Eyni zamanda proporsional seçki partiyaların işini aşağı salır.

Bundan əlavə bəzi siyasi partiyaların iqamətgahları yoxdur və məktub göndərmək istəyəndə bilmirsən hansı ünvana göndərəsən. Yığışıb müzakirələr aparmaq olmur. Amma ən əsas problem cavanlaşma problemidir, biz az-az buna gedirik. Əgər bu prosesi digər partiyalarda edə bilsə, siyasi partiyalar güclənə bilər”.

BƏXTİYAR


Müəllif: