16 Mart 2015 18:24
272

“Human Rights Watch” və digər onun kimi beynəlxalq QHT-lərin dünya ölkələrində demokratik məsələlərə münasibəti obyektiv deyil”.

Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, bu təşkilatlar dünyada insan haqlarının vəziyyətinə ikili standartlarla yanaşırlar. Onun sözlərinə görə, hələ də bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıda bilmir: “Çox təəssüf ki, bu məsələ ilə bağlı həmin təşkilatların mövqeyi dünya ictimaiyyətinə bəlli deyil. Digər tərəfdən, sifarişli hərəkətləri dünya ictimaiyyətinə çatdıran təşkilat heç bir zaman uğur əldə edə bilməz. Hazırda da, Azərbaycanda keçiriləcək böyük idman tədbiri ərəfəsində ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük uğurdur. Bu, Azərbaycanın dünya ölkələri, aparıcı dövlətlər arasında güclü və etibarlı tərəfdaş olduğunu sübut edən amildir”.

Səxavət


Müəllif: