17 Mart 2015 18:30

Latviya Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"ni heç vaxt tanımayıb və mayda keçiriləcək “seçkilər”i də tanımayacaq. Bunu Teleqraf.com-a Latviya Xarici İşlər Nazirliyindən (XİN) Dağlıq Qarabağda bu il mayın 3-nə planlaşdırılan qondarma "parlament seçkiləri" ilə bağlı ölkənin mövqeyini şərh edərkən deyiblər.

XİN-in mətbuat katibi İvars Lasis bildirib: “Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə beynəlxalq hüquq və dövlətlərin suverenliyi və ərazi bütövlüyünün baza prinsipləri əsasında həll edilməlidir”.

Onun sözlərinə görə, Latviya ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin nizamlanmasına yönəlmiş danışıqları dəstəkləyir: “Latviya hesab edir ki, münaqişənin nizamlanması prosesində Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə birbaşa təmaslar çox vacibdir. Münaqişənin davamlı nizamlanmasının əldə edilməsinə yönəlmiş səylər davam etdirilməlidir”.


Müəllif: