19 May 2014 15:03
412

ATƏT-in Minsk qrupuna Fransadan yeni həmsədr gəlir – Pyer Andrie. “Media forum” saytı bildirir ki, Pyer Andrie 1953-cü ildə Parisdə doğulub. Paris Siyasi Elmlər İnstitutunu və Paris Universitetini bitirib.

Fransanın Bolqarıstan, İsveç, Finlandiya, Rusiyadakı səfirliklərində çalışıb. Xarici İşlər Nazirliyində Asiya və Okeaniya məsələləri, Şimali, Qərbi Avropa, Pribaltika zonası üzrə Avropa əməkdaşlığı problemləri ilə məşğul olub.

Fransanın Tacikistanda və Moldovada səfiri postlarını tutub.

İngilis, rus, Çin, bolqar dillərini bilir.


Müəllif: