19 May 2014 19:05
377

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, divanda Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi ilə bağlı 11 fevral 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı məktuba 15 mayda verilən cavab məktubu müzakirə edilib. Qərara alınıb ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında məsələ müzakirə olunsun.

Qeyd edək ki, Müsavat Partiyası qurultay keçirmək üçün BŞİH-dən partiyaya 800-1000 nəfərin yerləşə biləcəyi zal ayrımağı xahiş edib. 15 may 2014-cü il tarixində təqdim olunan cavab məktubunda qeyd olunub ki, Müsavat Partiyasına qurultay keçirmək üçün dəfələrlə yer ayrılsa da, partiya bu yerlərdən imtina edib. BŞİH Əmircan qəsəbəsində yerləşən 1000 nəfərlik tutumu olan Səttar Bəhlulzadə adına Mədəniyyət evini qurultay keçirmək üçün məqəsəduyğun hesab edib və məsələnin Mədəniyyət evinin rəhbərliyi ilə razılaşdırılmasının vacib olduğunu qeyd edib.


Müəllif: