20 May 2014 22:47
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lukoyl”un Xəzərin Rusiya sahillərindəki hissəsindən çıxarılan neft Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsiylə Avropaya ötürüləcək.

Bu açıqlamanı Röyters agentliyi “Lukoyl”un Mətbuat xidmətinə istinadən yayıb. Məlumatda bir vədə Mahaçqala-Tixoreçk-Novorosiysk vasitəsiylə Qara dənizə çıxarılan neftin indi BTC ilə Avropaya göndərilməsinin nəzərdə tutulduğu bildirilib. Hətta bununla bağlı SOCAR-la 2014-cü ilin sonuna qədər müqavilənin imzalandığı söylənilib. Müqaviləyə əsasən, hər ay “Lukoyl”un 20.000 ton barel neft ötürmək imkanının olduğu deyilib.

Qeyd edək ki, hazırda BTC vasitəsiylə Azərbaycanla yanaşı Qazaxıstan və Türkmənistan neftinin Avropa bazarlarına nəqli həyata keçirilir.

“Lukoyl” neft şirkətinin prezidenti əslən azərbaycanlı Vahid Ələkbərovdur və müqavilənin imzalanmasında bu faktın da rol oynadığı qabardılır./axar.az/


Müəllif: