21 May 2014 11:38
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Amerika arasında problem olmamalıdır. Ən azı ona görə ki, Azərbaycan ən etibarlı tərəfdaşdır. Bizim ABŞ-la təhlükəsizlik, enerji, terrorizmə qarşı əməkdaşlığımız var. Bu gün Əfqanıstanda, İraqda və digər qaynar nöqtələrdə Azərbaycan Birləşmiş Ştatların ən etibarlı tərəfdaşı olub. Eləcə də, alternativ enerji təminatı, Avropanın enerji təminatı məsələsində Azərbaycan təhdidlərə baxmayaraq prinsipial mövqe sərgiləyib. Bu gün biz Avropaya inteqrasiya məsələsində iki mühüm sənədə imza atdıq. Artıq “Redmissiya” müqaviləsi ratifikasiya olunacaq, viza ilə bağlı müvafiq qərarlar qəbul etmişik. Belə olan halda ABŞ-ın Azərbaycanla heç bir problemi olmamalıdır”.

Bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev ABŞ-Azərbaycan münasibətləri haqqında suala cavab olaraq deyib.

Azay Quliyev daha sonra bildirib ki, Azərbaycanın ABŞ-a bir neçə istiqamətdə edəcəyi narazılıqlar var. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı ABŞ-ın tutduğu mövqe, eləcə də, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə ABŞ-ın laqeyd münasibətinə etirazı var:

“Eləcə də, ABŞ Konqresinin 907-ci düzəlişinin hələ də qüvvədə qalması, ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə qanunsuz olaraq milyonlarla dəyərində maliyyə köməyi etməsi faktdır. Fikrimcə, ABŞ öz siyasətində nəyi dəyişməsi haqqında düşünməlidir. Məncə, ABŞ öz siyasətində yuxarıda qeyd etdiyim üç məqamla bağlı dəyişiklik etməlidir. Yoxsa Azərbaycanda stabilliyi pozmaq, qanunsuz fəaliyyətlə məşğul olmaq və ya hansısa qrupları fəallaşdırmaq yolverilməzdir, ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirən hərəkətdir”.

Cavidan


Müəllif: