22 May 2014 17:56
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail və Norveç hökumətlərinə təşəkkür edib.

Teleqraf.com-un xəbərinə görə, bu günlər sözügedən ölkələrin milli bayramları qeyd olunur. Hər iki ölkənin Ankaradakı səfirliyi də bununla bağlı qəbul keçirməyi planlaşdırıbmış. Lakin Somada baş verən faciə səbəbindən İsrail və Norveç səfirlikləri qəbulu təxirə salmalı olublar. Ərdoğanın sözügedən ölkələrin hökumətlərinə təşəkkürü də bununla bağlı olub.

Ərdoğan deyib: “Bir sıra ölkələrin dövlət başçıları hörmətli prezidentimizə və parlamentimizin sədrinə zəng ediblər. Mən dost və qardaş ölkələrin başçılarına verdikləri başsağlıqları üçün təşəkkür edirəm”.
Qeyd edək ki, İsrail Somada baş verən faciənin nəticələrinin arada qaldırılması üçün texniki köməyini təklif edib.

Türkiyəyə ənənəvi düşmən olan ölkələr – Ermənistan və Kipr Respublikasının liderləri də rəsmi Ankaraya başsağlığı veriblər.

Səxavət


Müəllif: