23 May 2014 12:51
646

ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Riçard Morninqstarın Xarici İşlər Nazirliyinə çağırılması barədə xəbərlərə münasibət bildirib.

Teleqraf.com-un xəbərinə görə, səfirlik məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, səfir R.Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmayıb:

“Azərbaycanın bəzi mətbuat orqanları tərəfindən iddia olunan səfir Morninqstarın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması məlumatı tamamilə yanlışdır”.

Qeyd edək ki, dünən bəzi kütləvi informasiya vasitələri R.Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibəsində Azərbaycana qarşı neqativ fikirlər səsləndirdiyi üçün Xarici İşlər Nazirliyinə çağırılması barədə xəbərlər yaymışdı.

Səxavət


Müəllif: