23 May 2014 15:14
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin daha bir neçə deputatı Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş verən faciə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım kampaniyasına qoşulub.

Teleqraf.com-un xəbərinə görə, hazırda kampaniya çərçivəsində 24031 manat pul yığılıb.

Dünən deputatlardan Kamilə Əliyeva, Elton Məmmədov, Rüfət Quliyev cəmiyyətə 200 AZN pul köçürüblər. Bu gün isə komitə sədri Ziyad Səmədzadə və deputat Əli Məsimli 200 manat məbləğində pul yardımı göstərib.

Millət vəkilləri Əhməd Vəliyev 100 AZN, Madər Musayev və Əsabil Qasımov isə 1000 AZN məbləğində yardım fonduna vəsait ayırıb.

Kəmalə


Müəllif: