17 Aprel 2014 18:37
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə təşkilata üzv dövlətlər arasında əməkdaşlıq məsələləri və təşkilat tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqda fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının digər beynəlxalq təşkilatlarla əməkdaşlığı da müzakirə olunub.

Səxavət


Müəllif: