23 May 2014 15:48
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu saatlarda Müsavat Partiyasının qərargahında Milli Strateji Düşüncə Mərkəzi “Qarabağ Böhran Masası” adlı tədbir keçirir.

Teleqraf.com-un məlumatına görə, tədbirdə sabiq daxili işlər naziri İsgəndər Həmidov, “Turan” informasiya agentliyini direktoru Mehman Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc iştirak edir.

Tədbiri yazıçı-publisist Mehriban Vəzir açıb. O, çıxış üçün sözü Müsavat Partiyasının başqanı İsa Qəmbərə verib. İ.Qəmbər bildirib ki, Azərbaycan minillik tarixinin hazırda ən önəmli dövrlərindən birini yaşayır. O qeyd edib ki, milli iradənin ortaya çıxması üçün Düşüncə Mərkəzlərinin yaradılmasına ehtiyac var:

“Bəzən mətbuatda belə fikirlər gedir ki, biz hansısa təşkilat yaradırıq. Birmənalı şəkildə bildirirəm ki, hələlik heç bir təşkilat yaratmırıq. Bu, bir prosesdir. Prosesdə ziyalılar, jurnalistlər, siyasətçilər və ictimai xadimlər iştirak edir. Bir daha qeyd etmək istəyirəm ki, bu, bir prosesdir, təşkilat deyil və Milli Strateji Düşüncə Mərkəzinin müzakirə platforması kimi böhran masaları keçirilməsini nəzərdə tutmuşuq. Bu istiqamətdə fikirlərimizi böhran masaları vasitəsilə ictimaiyyətə çatdıracağıq. Bundan öncəki tədbirimiz zamanı “Rusiya təhlükəsi”ni müzakirəyə çıxarmışdıq. Həmin müzakirələr həm ölkədə, həm də ölkə xaricində geniş rezonans doğurub”.

Hazırda tədbir Pənah Hüseynin çıxışı ilə davam edir.

Səxavət


Müəllif: