24 May 2014 13:12
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin prezidenti və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Cənubi Qafqaza səfərinin tarixi açıqlanıb.

İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər iyulun 1-də başlayacaq.

ATƏT sədri səfərinə Gürcüstandan başlayacaq, daha sonra Ermənistan və Azərbaycanda olacaq.

Azərbaycana səfər çərçivəsində onun yüksək səviyyədə bir sıra görüşləri nəzərdə tutulur.

Görüşlərdə qarşılıqlı əməkdaşlıq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyət müzakirə olunacaq./apa/


Müəllif: