24 May 2014 19:55
500

Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda qeyd olunub:

"İordaniyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-İordaniya münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, Azərbaycan ilə İordaniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


Müəllif: