24 May 2014 22:43
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ya super dövlət kimi öz rolunuzu oynayın, ya da həmin rolu Polşaya verin"

DünyaPolşanin keçmiş prezidenti, Nobel mukafatı laueratı Lex Valensa ABŞ prezidenti Barak Obamanın Varşavaya səfəri zamanı onunla görüşməyi planlaşdırır.

Teleqraf.com bildirir ki, Lex Valensa prezident Obamaya dünya lideri kimi daha fəal olmağı tövsiyə edəcək. ”Dünyanın nizamı pozulub. Super dovlət artıq aparıcı rol oynamır. Mən bundan çox narahatam”,- deyə o, qeyd edib.

Onun sözlərinə görə, Amerika başqa dövlətləridə ruhlandırmalıdır: “Söhbət ondan getmir ki, Amerika gəlib bizim problemləri həll etsin və ya hardasa vuruşsun. ABŞ bizi təşkilatlandırmalı, dəstəkləməli və proqramlar təklif etməlidi. Bizə bu cür lider lazımdır. Ya super dövlət kimi öz rolunuzu oynayın, ya da həmin rolu Polşaya verin”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama iyunda Polşaya səfər edəcək.


Müəllif: