26 May 2014 10:21
475

Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü başlayıb

Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Rəşid Meredov arasında görüş başlayıb.

Teleqraf.com bildirir ki, əvvəlcə nazirlər arasında ikitərəfli görüşlər keçiriləcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək.


Görüşdə enerji, iqtisadiyyat, əməkdaşlığın genişlənməsini və digər məsələlər müzakirə olunur.

Danışıqlardan sonra nazirlər mətbuat konfransı keçirəcəklər.


Müəllif: