1 İyul 2015 16:29
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Bakı-2015” ilk Avropa Oyunları Azərbaycanın və dünya idman tarixinin yeni bir səhifəsidir.

Bu fikri Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib.

Ş.Seyidzadə bildirib ki, bu tədbir, bayram, möhtəşəm oyunlar Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlsə də, tədricən ümummilli hadisəyə çevrildi. Onun sözlərinə görə, heç kim bu möhtəşəm tədbirə biganə qalmadı.

“İlk Avropa Oyunlarının açılış mərasimi öz ecazkarlığı seçildi. Burada olan möhtəşəm səhnələr, ifalar bir tərəfdən Azərbaycanın zəngin tarixi, mədəniyyətini, digər tərəfdən bu xüsusiyyətlərin onun müasirliyi ilə ahəngini əks etdirirdi. Sosial şəbəkələrdə açılış mərasiminə qədər müşahidə olunan fəallıq və bu fəallığın açılış mərasimindən sonra daha da artması bir daha göstərdi ki, açılış mərasimi möhtəşəm idi. Ölkəmizdə 17 gün ərzində keçirilən ilk Avropa Oyunlarında elə bir idman yarışı yox idi ki, ona maraq göstərilməsin və azarkeşlik olunmasın. Bu Azərbaycanda idmana qarşı yeni, müsbət bir münasibətin mövcudluğunun bariz nümunəsidir. Avropa Oyunları ölkəmiz üçün yeni bir brenddir”, – deyə Ş.Seyidzadə qeyd edib.

Səxavət


Müəllif: