4 İyul 2015 10:09
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi adından nazir müavini Xələf Xələfov müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini İftar məclisinə dəvət edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Xələf Xələfov Azərbaycanin İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafina əhəmiyyət verdiyini qeyd edib.

Ölkələrimiz arasinda ikitərəfli və çoxtərəfli müstəvidə siyasi, iqtisadi və mədəni sahədə əməkdasligin gündən-günə dərinləsdiyini vurgulayıb.

Xələf Xələfov Azərbaycan ilə İslam Əməkdasliq Təşkilatı arasinda əlaqələrin yüksələn xətlə inkisaf etdiyini qeyd edərək, ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.

Görüsdə Ermənistan-Azərbaycan Dagliq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli işində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İslam əməkdasliq Təşkilatının dəfələrlə münaqişə ilə baglı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurgulayaraq, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təsəkkürünü bildirib.

Xələf Xələfov müsəlman ölkələrinin Azərbaycandaki səfirlərinə fəaliyyətlərində ugurlar arzu edərək, müqəddəs ayda xalqlarına və hökümətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakes Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami İftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib.


Müəllif: