6 İyul 2015 16:27
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan 20 ildən çoxdur ki, torpaqlarımızı işğal edib və danışıqlar yolu ilə sülhə gəlmək istəmir. Belə vəziyyət davam etsə, Azərbaycanın başqa yolu qalmayacaq”.

Bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdaifə komitəsinin üzvü Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, erməni tərəfi xoşluqla işğal etdiyi torpaqlarımızdan çıxmasa, Azərbaycan müharibə yolu ilə işğalçıları qovacaq. Onun sözlərinə görə, bütün bunlar təhlükəsizlik, ərazi toxunulmazlıq mənafeyindən irəli gələn məsələlərdir.

“Azərbaycan uzun illərdir müharibə vəziyyətində olduğu üçün artıq güc yoluna əl atmağa məcbur qala bilər. Çünki nə işğalçı dövlət özü, nə də beynəlxalq təşkilatlar bu yöndə müsbət addım atmır. Müharibə hər an gözləniləndir. İki ordu üz-üzədirsə demək müharibə qaçılmazdır. Səbrimiz artıq tükənib.

Müharibə olsa, məsuliyyət Azərbaycanın üzərinə deyil, işğalçı Ermənistanın, Azərbaycanı bu varianta təhrik edən vasitəçi, həmsədr dövlətlərin, beynəlxalq təşkilatların üzərinə düşəcək. Azərbaycan öz torpaqlarında yuva salmış cinayətkar qrupları təmizləməkdən ötrü hər an müharibə edə bilər. Bu, Azərbaycan dövlətinin hüququdur”, – deyə E.Məmmədov qeyd edib.

Səxavət


Müəllif: