8 İyul 2015 11:28
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından uzaqlaşacağı barədə məlumatları təsdiq edib.

Teleqraf.com xəbər verir ki, baş redaktor Facebbok səhifəsində yaxın vaxtlarda partiyasız olacağına işarə edib.

"Partiyasız olacağım zamanlarda - ki, bu yaxın zamanlarda baş verəcək, - mətbuat özgürlüyünə bu cür hörmətlə yanaşan, onu dərindən bilən Arif Hacılı ilə əməkdaşlıq etmək daha maraqlı olacaq. Bizim dərdimiz özünə demokrat deyənlərin demokratiyanın əlifbasından xəbərdar olmamasıdır. Belələri demokrasi yamyamlarıdır, qorxunc təhlükə mənbəyidir. Arif Hacılı isə bu çıxışı ilə (Partiya Məclisinin sessiyasındakı çıxış nəzərdə tutulur - red ) demokratiya dərsi keçir. Bu, həm də gələcəyə mesajdır. Müxalif düşərgədən demokratiyanın gələcəyinə yönələn təhdidləri önləyəcək tək güc Müsavat olaraq qalır".

Qeyd edək ki, xeyli müddətdir R.Arifoğlunun Müsavat Partiyasından istefa verəcəyinə dair mətbuatda məlumatlar dolaşır. Bildirilir ki, məsələ AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılı arasında bu ilin yanvar ayından keçirilən görüşdə müzakirə olunub. Ə.Kərimli Rauf Arifoğlu kənarlaşdırılandan sonra Müsavat Partiyası ilə əməkdaşlığın mümkünlüyü barədə şərt irəli sürüb. Amma Müsavat Partiyasının funksionerləri bu məlumatı təkzib etmişdi. Başqa bir məlumat isə R.Arifoğlunun siyasi fəaliyyətini Ümid Partiyasında davam etdirəcəyinə dair idi ki, bunu da baş redaktorun özü yalanlamışdı.

"Azadlıq" qəzetinin bu iddiasına cavab olaraq, R.Arifoğlu bildirib ki, adıçəkilən qəzet həmişə olduğu kimi yenə də yalan yazıb: "Mən Müsavat Partiyasında fəaliyyətimi dayandıracağım təqdirdə, hər hansı bir partiyaya üzv olmağı düşünmürəm".

Ruslan


Müəllif: