8 İyul 2015 18:10

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT rəhbərliyində hər hansı bir dəyişikliyin baş verməsi, münaqişənin həlli imkanlarına təsir göstərən məsələ deyil”.

Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli italiyalı deputat Roberto Montellanın ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni baş katibi seçilməsinə münasibət bildirərkən deyib.

E.Nəsirli qeyd edib ki, hazırki vəziyyətdə üç həmsədr dövlətin münasibətlərinin son dərəcə gərgin olması, bir tərəfdən ABŞ və Fransanın həmsədr kimi, digər tərəfdən Rusiyanın münasibətlərinin Ukrayna böhranı fonunda son dərəcə kəskinləşməsi özü-özlüyündə münaqişənin həlli üçün çox mürəkkəb bir situasiya yaradır. Onun sözlərinə görə, həmsədrlərin münasibələrində məlum gərginlik var.

“Belə olan vəziyyətdə ATƏT-in rəhbərliyində bir şəxsin digəri ilə əvəz olunması proseslərə hesab edirəm ki, kosmetik bir dəyişiklik gətirə bilər. Amma söhbət əgər köklü dəyişiklikdən gedirsə, düşünürəm ki, belə dəyişikliklərin xüsusi rolu yoxdur. Bu gün ATƏT özünün yaranmasının 40 illiyinə hazırlaşır. Təkcə elə 1992-ci ildən yaratdığı Minsk qrupunun fəaliyyətini fəaliyyətsizlik kimi dəyərləndirmək olar. Həmsədrlərin regiona çoxsaylı səfərləri, xarici işlər nazirləri, prezidentlər səviyyəsində görüş təşkil etmələri yalnız kəmiyyət əmsalı baxımından dəyərləndirilən məsələdir. Amma bütün bu cəhdlərin keyfiyyət əmsalı yoxdur və o, sıfıra bərabərdir. Məhz buna görə də Minsk qrupunun üzərinə böyük məsuliyyət düşür”, – deyə politoloq vurğulayıb.

Səxavət


Müəllif:
Загрузка...