8 İyul 2015 20:36
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Azadlıq-2015” Seçki Blokunun Sədrlər Şurasının növbəti yığıncağı keçirilib. Teleqraf.com xəbər verir ki, iclasda Ramazan bayramı münasibəti ilə bütün məhbusların azad edilməsi ilə bağlı əfv fərmanın verilməsi barəsində Azərbaycan Respublikası Prezidentinə müraciət edilib.

Bundan başqa, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı ölkənin siyasi rəhbərliyinin və ictimai-siyasi qüvvələrin birgə toplantısının keçirilməsi məqsədəuyğun hesab edilib və bununla bağlı hakimiyyətə müraciət ünvanlanıb. Rusiyanın Ermənistanı müasir hücum silahları ilə silahlandırması Azərbaycanın təhlükəzsizliyi üçün təhdid sayılaraq pislənilib.

Toplantıda seçki blokunun 2015-ci il parlament seçkiləri ilə bağlı monitorinqi və seçkiqabağı vəziyyətin dəyərləndirilməsinə dair sənədin hazirlanması Mərkəzi Seçki Qəraragahına tapşırılıb.

Seçkilərdə qeydə alınmış partiya kimi iştirtaın təmin edilməsi üçün Azad Demokratlar Partiyasının seçkiyə qədər qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilıb.

Cavidan


Müəllif: