9 İyul 2015 12:13
1 084

Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərindən 32 gün sonra hökuməti qurmaq vəzifəsi bu gün Baş nazir Əhməd Davudoğluna veriləcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar bu gün yerli vaxtla 17:30-da Davudoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qeyd edək ki, seçkilərin nəticələrinə əsasən, Türkiyədə heç bir partiya təkbaşına hökumət qura bilməz.

Samir


Müəllif: