13 İyul 2015 15:16
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ağakişi Hüseynov münaqişə zəminində qaynı Bəxtiyar Mahmudovu bıçaqlayıb. Xəsarət alan Bəxtiyar Mahmudov xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağakişi Hüseynov tutulub.

Hacı Zeynalov


Müəllif: