15 İyul 2015 20:22
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında toxunduğu məsələlərin hər biri ölkəmiz üçün olduqca vacib idi. Bir sıra sahələrdə olan boşluqların aradan qaldırılması üçün verilən tapşırıqların hər biri yenə də Azərbaycan vətəndaşının rifahının yaxşılaşması üçün atılan addımlardan biridir”.

Bu fikirləri Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı bəzi xarici dövlətlərin Azərbaycana qarşı qarayaxma kampaniyaları səngimək bilmirdi. Onun sözlərinə görə, onların necə qıcıqlandığının, necə düşmənçiliklə çıxışlar etdiyinin hər birimiz şahidi olduq.

“Minlərlə xarici buradakı inkişafı, demokratiyanı gördü. Məgər bu anti-Azərbaycan qüvvələrinə cavab deyilmi? Hesab edirəm ki, bütün keçirilən tədbirlərin kökündə Azərbaycanın dünya miqyasında təbliği dayanır. Cənab Prezident də dəfələrlə vurğulayıb ki, heç bir xarici qüvvə bizim daxili işlərimizə qarışa bilməz. Azərbaycan öz müstəqil və qətiyyətli siyasətini bundan sonra da davam etdirəcək”, – deyə deputat qeyd edib.

Səxavət


Müəllif: