15 İyul 2015 22:08

“İlin 6 ayının yekunlarına nəzər yetirdikdə bir daha əmin oluruq ki, Azərbaycan qlobal böhran yaşayan dünyanın sabitlik adasıdır”. Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən inkişaf strategiyası Azərbaycanın qlobal maliyyə və iqtisadi böhrandan əziyyət çəkməsinə imkan verməyib: “Hətta, dünyanın bir sıra inkişaf etmiş ölkələrində iş yerlərinin ixtisar olunduğu, sosial xərclərin azaldıldığı bir vaxtda Azərbaycan sosial sahəyə büdcə ayırmalarını daha da artırır.

Bunlar bir daha Azərbaycanda yürüdülən siyasətin effektivliyindən, dövlətin vətəndaşlarına olan diqqət və qayğısından xəbər verir. Əldə olunan uğurlar Azərbaycanın perspektiv inkişafı üçün daha geniş imkanlar yaradır və əminəm ki, nailiyyətlərimiz daha da çox olacaq”.

Səxavət


Müəllif:
Загрузка...