16 İyul 2015 18:34
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydın Mirzəzadə: “Rəsmi mövqeyimiz onun filtrindən keçdikdən sonra çatdırılırmış”

“Bu gün mətbuatda Azərbaycanın Avropa Şurası yanında keçmiş daimi nümayəndəsi Arif Məmmədovun müsahibəsi ilə tanış oldum. Müsahibədə bir məqam diqqətimi cəlb etdi. O açıq şəkildə bildirir ki, “Avropa Şurasında işləyən vaxtlar hər zaman çalışırdım ki, Azərbaycanda olan həbslərin müzakirəsi zamanı avropalıları daha düzgün məlumatlandırım”. Bu açıqlama ilə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib.

Deputat daha sonra deyib: “Diplomatın vəzifəsi hər hansı məsələ barəsində akkreditasiya olunduğu ölkədə və ya təşkilatda təmsil etdiyi ölkənin rəsmi mövqeyini çatdırmaqdır. Bu bütün dünyada qəbul edilmiş qaydadır və digər fəaliyyət mümkün ola bilməz. Arif Məmmədov isə etraf etdiyi kimi bu prinsiplə deyil, avropalılara özünün düzgün bildiyi məlumatı çatdırmaqla məşğul imiş. Görün, onun əvvəl Avropa Birliyi, sonra isə Avropa Şurası yanında Azərbaycanın rəsmi nümayəndəsi işlədiyi dövrdə nə qədər məsələlər dünyaya rəsmi mövqeyimiz kimi deyil, onun filtrindən keçdikdən sonra və onun düzgün bildiyi formada çatdırılırmış”.

Səxavət


Müəllif: