21 İyul 2015 16:19
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi durum müzakirə olunub.

BAXCP İdarə Heyəti növbəti dəfə Azərbaycan hökumətini ölkədə iqtisadi islahatların aparılmasına, eyni zamanda, qaz, su və elektrik enerjisi təchizatını həyata keçirən dövlət müəssisələrinin özəlləşdirilməsinə çağırıb: “Bu zaman dövlət vəsaiti qorunub saxlanılar və əhalinin qaz, su və elektrik enerjisi ilə təminatının yaxşalaşdırılmasına kömək edər”.

BAXCP İdarə Heyəti hesab edir ki, mövcud iqtisadi şərtlər altında, dünyada baş verən iqtisadi böhran və neftin qiymətinin gündən günə ucuzlaşdığı bir vaxtda, Azərbaycanda iqtisadi islahatların aparılması, qaz, su və elektrik enerjisi təchizatını həyata keçirən dövlət müəssisələrinin özəlləşdirilməsi vacibdir və qaçılmazdır.

Cavidan


Müəllif: