23 İyul 2015 09:27
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlıq 2015” seçki blokunun sədrlərinin toplantısı olub.

Teleqraf.com xəbər verir ki, toplantıda Azərbaycan milli mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə jurnalistlərə təbrik qəbul edilib. Mətbuat nümayəndələri ilə görüşdə prezident İlham Əliyevin siyasi islahatların vacibliyi haqqında səsləndirdiyi fikir və bundan əvvəlki görüşlərdəki müzakirələr nəzərə alınaraq növbəti görüşün 2015- ci il Milli Məclisə seçkilər və siyasi islahatlar mövzusuna həsr edilməsi təklifi ilə çıxış edilməsi razılaşdırılıb.

Seçkiqabağı vəziyyətin monitorinqinin nəticələrinə aid hazırlanmış sənəd layihəsi müzakirə edilib.

Müzakirənin davam etdirilməsi qərara alınıb. Sonda ictimai siyasi vəziyyətə dair digər məsələlər müzakirə olunub.

Cavidan


Müəllif: