24 İyul 2015 01:09

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan başçılarının görüşə hazır olmaqlarını müsbət qarşılayıblar. Bu barədə, həmsədrlərin regiona olan səfərin yekunu ilə bağlı ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Qeyd edək ki, həmsədrlər səfər çərçicəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Görüşlərdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikda iştirak edib.

“Yerevan və Bakıya səfərimiz zamanı biz yüksək səviyyəli görüşlərimizi qeyd edərək uzun sürən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki təkliflərimizi hər iki ölkə prezidenti ilə müzakirə etdik. Biz prezidentlərin ilin sonunda görüşməyə hazır olduğlarını alqışladıq. Hər iki dövlət başçısı XİN rəhbərlərinə göstəriş verdilər ki, prezidentlərin görüşü üçün həmsədrlərlə işi davam etdirsinlər”, - bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, prezidentlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barədə məlumatların mübadiləsinə dair öhdəliklərinə sadiq olduqlarını təkrar ediblər.


Müəllif:
Загрузка...