25 İyul 2015 15:36
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sabah keçiriləcək Elat tədbiri ilə bağlı müraciət yayıb.

Müraciətdə qeyd edilir ki, KİV nümayəndlərinin, aydınların, gənclərin, mədəniyyət işçilərinin, diasporanın, türk dünyasının birgə iştirakı ilə Gürcüstanda (Dmanisi) hamımızın ürəyincə olan, millətimizin birliyinə aparan yeni bir tarix yazılacaq: "Çox dəyərli ziyalılarımız, gənclərimiz, media mənsubları, QHT, siyasi partiya təmsilçiləri, milli dəyərlərə sadiq iş adamları, dilindən və dinindən asılı olmayaraq bölgədə barış və sülh istəyən hər kəsi 26 iyulda Gürcüstanın Dmanisi rayonunda keçiriləcək sayca 7-ci Elat - Böyük Birlik bayramına, bu mötəbər tədbiri şərəfləndirməyə dəvət edirik. Sizi Borçalı eli, Gürcüstan ən yüksək səviyyədə qəbul etməyə tam hazırdır".

Xatırladaq ki, Məmmədlinin təşkil etdiyi sayca VII Elat tədbirində onun özü iştirak etməyəcək. Səbəb isə cəmiyyət sədrinin Gürcüstana girişinə yasaq qoyulmasıdır.

Cavidan


Müəllif: