27 İyul 2015 16:14
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partiya jurnalistlərin dövlət tərəfindən mükafatlandırılmasını təqdir edib

Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda bir sıra ictimai-siyasi hadisələrlə bağlı partiyanın mövqeyi və payızda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində partiyanın iştirakına dair müzakirələr aparılıb.

İlk növbədə Türkiyə və ətraf regionda gedən son siyasi hadisələrə diqqət çəkən partiya yetkililəri Türkiyə Cümhürriyyətinin İŞİD və PKK-ya qarşı apardığı mübarizəni həssaslıqla izlədiklərini qeyd ediblər.
ADP İdarə Heyəti milli mətbuat günü münasibəti ilə bəzi mətbuat nümayəndələrinin dövlət təltifləri almasının cəmiyyətdə birmənalı qarşılanmaması məsələsinə də diqqət yetirib, iqtidara və ya müxalifətə yaxın olmasından asılı olmayaraq insanların dövlət tərəfindən layiq olduqları mükafatları almasının normal hal olduğunu qeyd edib.

Toplantıda qarşıdakı parlament seçkiləri və partiyanın bu seçkilərdə iştirakı ilə əlaqədar məsələ ətrafında da geniş müzakirələr aparılıb və partiyanın seçkidə iştirakının vacibliyi qeyd olunub. Məsələ ilə əlaqədar müzakirələrin davam etdirilməsi, partiyanın seçkidə iştirak formasının dəqiqləşdirilməsi və mümkün seçki koalisiyasının yaradılması üçün danışıqların aparılması qərara alınıb.


Cavidan


Müəllif: