27 İyul 2015 20:22
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda sosial siyasət uğurlu nəticələr verir”. Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu reallığı 2015-ci ilin birinci rübünün yekunları da təsdiq edir. Onun sözlərinə görə, bu ilin yarısında əldə olanan nəticələr müsbətdir.

“Belə ki, Azərbaycanda inflyasiya aşağı, 3,5 faiz səviyyəsindədir. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artıb. Eyni zamanda, bu dövrdə 60 minə yaxın yeni iş yeri açılıb. Bütün bunlar sosial sahədə görülən işlərin uğurlu nəticələr verdiyini təsdiq edir. Təbii ki, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində əhalinin rifahı yüksəlməkdə davam edəcək”, – deyə komitə üzvü vurğulayıb.

Səxavət


Müəllif: