28 İyul 2015 18:35

Qarabağ Azadlıq Təşkilatının ofisində milli-azadlıq hərəkatının fəal iştirakçısı, Qarabağ Azadlıq Hərəkatının ilk sədri, ictimai-siyasi xadim Xəqani Hüseynovun anım mərasimi keçirilib.

Bu barədə Qarabağ Azadlıq Təşkilatından məlumat verilib. Mərasimdə mərhum X.Hüseynovun hərəkat yoldaşları, ictimai-siyasi təşkilatların nümayəndələri, qohumları iştirak ediblər. Mərhumun ruhuna dualar oxunub, “Quran” tapşırılıb. Hərəkat yoldaşları Akif Nağı, Nəsiman Yaqublu, Vaqif Əlisoy, Şakir Abbas, Asif Məmmədov, Gülağa Aslanlı, qohumları İslam Əliyev, Rəfail Hüseynov və digərləri çıxış edərək mərhumun xalq qarşısında xidmətləri, insani keyfiyyətləri, mübarizə yolu haqqında danışıb, rəhmət diləyiblər.

Səxavət


Müəllif:
Загрузка...