29 İyul 2015 18:23

Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüş zamanı Azərbaycanla Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olunub. Azərbaycan və Belarus xalqlarının iradəsi əsasında iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, kənd-təsərrüfatı, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Səfir N.Patskeviç son 10 ildə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu deyərək, ilk Avropa Oyunlarının mükəmməl səviyyədə təşkil olunduğunu bildirib. Həmçinin, səfir Patskeviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov Azərbaycanla Belarus arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrinə görə səfir N.Patskeviçə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səxavət


Müəllif:
Загрузка...