29 İyul 2015 20:05
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah “Balakəndə Tullantıların İdarə Olunması sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanacaq. Bu barədə Teleqraf.com-a Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Sözügedən tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin və Balakən Rayon İcra Hakimiyyətinin icra başçısı İslam Rzayev iştirak edəcəklər.

Layihənin əsas məqsədi Balakəndə tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasının həllini təmin etməkdir.

Yaponiya hökuməti layihənin həyata keçirilməsinə 90,411 ABŞ dolları məbləğində vəsait ayırıb.

Qeyd edək ki, hazırkı layihə də daxil olmaqla bu vaxta qədər Balakəndə 3 layihə üzrə qrant müqaviləsi imzalanıb. Bununla yanaşı, Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, artıq 1 milyard ABŞ dollarını keçib.


Müəllif: