18 Aprel 2014 15:56
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 21-də Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Teleqraf.com Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfər proqramı çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.

Qeyd edək ki, Bu, S.Axmetovun yeni vəzifədə xaricə ilk səfəri olacaq.

S.Axmetov müdafiə naziri vəzifəsinə aprelin 3-də təyin edilib. Bundan əvvəl o, Qazaxıstanın Baş naziri postunu tutub.


Müəllif: