18 Aprel 2014 15:53
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiya Dövlət Duması sədrinin müavini, RLDP sədri Vladimir Jirinovskinin Azərbaycana qarşı səsləndirdiyi fikirləri şərh edib.

Hacıyev Teleqraf.com açıqlamasında bildirib ki, Jironovski avara, yerini bilməyən adamdır: “O, Türklərdən anasının heyfini çıxmaq istəyir. Jirinovski rus məmurlarının, oliqarxlarının fikirlərini səsləndirir. O, sərsəmləyir, sayıqlayır, "alkaş"ın birdir. Bizim partiyanın onunla bağlı ciddi işlər görmək fikri var. Rusiyadakı səlahiyyətli nümayəndəmizə onunla görüşüb, söhbət aparmaq barədə tapşırıq verilib. Əgər bu görüş baş tutmasa, bizim fəal Gənclər Təşkilatımız onunla bağlı ciddi tədbirlər görəcək. Üç dəfə prezident seçkilərində öz namizədliyini irəli sürən bir şəxs kimi deyirəm ki, biz Jirinovskinin öhdəsindən gələcəyik. Əgər o növbəti dəfə eyni səhvi etsə, partiyamızın fəal üzviləri onunla dədə-baba dilində danışmalı olacaq. Biz onun şalvarını çıxartdırıb Moskva küçələrində gəzdirərək, başına pis oyunlar açacağıq”.


Müxalifət liderlərinin Jironovskinin bəyanatlarına cavab verməməsinə münasibət bildirən H.Hacıyev onların LDPR sədrindən qorxduqlarını bildirib: “Azərbaycanda müxalifət liderləri ölkədə qarışıqlıq yaratmağın tərəfdarıdır. Bu gün Jironovski Azərbaycana müharibə elan etsə, Qəmbərov İsa, Kərimov Əli, Cəmilov Həsən onu alqışlayacaqlar. Azərbaycanda müxalifət liderləri xarici kəşfiyyata işləyir və Jirnovskinin tayıdır. Onlar heç zaman həqiqəti deməyəcəklər. Azərbaycanda nə qədər Hafiz Hacıyev var, nə qədər Müasir Müsavat partiyası var, bunların heç biri hakimiyyəti ələ keçirə bilməyəcək”.

Eldar


Müəllif: