1 İyun 2014 20:28
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvalı nazir: "Rusiyanın hücumundan qorxuruq"

"Biz Rusiyanın Litvaya hücumunu gözləyirik".

Teleqraf.com bildirir ki, bu açıqlama ilə Litvanın Müdafiə naziri Yozas Olekas çıxış edib.

O, Rusiya ilə bağlı təhlükə haqqında NATO-ya çoxdan məlumat ötürdüklərini ancaq onlara diqqət edilmədiyini bildirib:

"Putinin hazırladığı yeni qaydalar bütün ölkələri istənilən vədə qorxu altında saxlayır. O, rusdilli əhalini qorumaq adıyla hər yerə girə bilər. Biz NATO-ya bununla bağlı illər öncə məlumat vermişdik, amma bizi diqqətə alan olmamışdı. İndi mübarizəni gücləndirməyin əsl vaxtıdır. Artıq Rusiya 1997-ci ildə qəbul edilmiş öhdəlikləri pozdu. Artıq NATO-nun Şərqi Avropada hərbi bazalar yerləşdirmək vaxtı çatıb". /axar/


Müəllif: