7 Aprel 2014 16:37
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun və Gürcüstan parlamentinin dəvəti ilə Tiflisə səfər edəcək.

Bu barədə Teleqraf.com-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində YAP Gənclər Birliyinin nümayəndə heyəti müxtəlif mövzularda – biznesin və iqtisadiyyatın inkişafı, təhsil və innovasiya, Cənubi Qafqaz ölkələrinin xarici siyasəti, regiondakı milli azlıqlar, insan hüquqlarının müdafiəsi və sair mövzularda fikir mübadiləsi aparacaq. Tədbirin açılış mövzusu Cənubi Qafqaz xalqlarının birliyi perspektivi haqqında olacaq ki, bu da YAP Gənclər Birliyinin təqdimatı əsasında həyata keçiriləcək.

Qeyd edək ki, tədbirdə Gürcüstan və Ermənistan gəncləri də iştirak edəcək.


Müəllif: