2 İyun 2014 17:38

Prezident İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ticarət dövriyyəsinin artırılmasının önəmi qeyd edildi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığı bildirildi.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif: