3 İyun 2014 11:49
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Azərbaycana səfərini və verdiyi bəyanatını şərh edib.

Teleqraf.com bildirir ki, C.Uorlik öz Twitter səhifəsində yazıb: “Biz ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Dağlıq Qarabağ münaqişəsi üzrə strukturlaşdırılmış sülh danışıqlarına çağırışını alqışlayırıq”.

Qeyd edək ki, iyunun 2-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Prezidenti və XİN rəhbəri Didye Burkhalter Azərbaycana səfər edib. D.Burkhalter Azərbaycan rəhbərliyi və digər rəsmi şəxslər ilə görüşlər keçirib. Mətbuata bəyanatla çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, Dağlıq Qarabağ münaqişəsində sülhə doğru addım-addım irəliləmək lazımdır. ATƏT sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb:

“Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh sazişinə aparacaq strukturlaşdırılmış danışıqlar prosesi ola bilər. Bu danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır”.

Burkhalter 1994-cü ildən atəşkəsin elan edilməsindən 20 il ötsə də, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də sərhəd zolağında silahlı insidentlərin tez-tez yaşanmasından
təəssüfləndiyi bildirib.

Qeyd edək ki, daha sonra Burkhalter Gürcüstana səfər edəcək və regiona səfərini iyunun 4-də İrəvana səfərlə yekunlaşdıracaq.

Nərgiz


Müəllif: