3 İyun 2014 17:14
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul etdi.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirildiyi məmnunluqla qeyd olundu.

Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında dünyanın xeyli sayda ölkə və şirkətlərinin iştirakının önəmi vurğulandı, bu tədbirin Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığını daha da genişləndirməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif: